cumhuriyyet.net
Mətbuat Şurası sədrinin müavinləri seçildi • Cumhuriyyət
Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibdə iclası keçirilib. Cumhuriyyet.az APA-ya istinadən xəbər verir ki, iclasda ilk olaraq Şuranın sədr müavinləri seçilib. Səadət Məmmədova və Vüqar Zifəroğlunun namizədlikləri dəstəklənib. Eyni zamanda, Rey Kərimoğlu Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri, Əvəz Rüstəmov isə icraçı katib seçilib. İclasda Mətbuat Şurasının komissiyalarının da tərkibi müəyyən edilib.
nesimi