Aydın Kərimov: “Şuşaya ilkin olaraq 2 500 sakinin geri dönməsi planlaşdırılır”

06.10.2022 - 20:00

“Evlərinə qayıdacaq insanlar rahat inkluziv şəhərdə yaşayacaq. Biz istəyirik ki, o insanlar bu yerlərə aid olduğunu hiss etsin, o məxsusluğu hiss etsin”.

Cumhuriyyet.az Apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O bildirib ki, qarşıda olan digər əsas məsələ iş yerləridir, Şuşaya qayıdan sakinlər üçün iş yerləri təmin olunmalıdır və biz bunu nəzərə alırıq:

“2023-cü ilin sonundan etibarən Şuşaya sakinlərin köçürülməsinə başlanacaq və ilkin olaraq 2500 sakinin geri dönməsi planlaşdırılır. Bildiyiniz ki, Şuşa fərqlidir, onun məhdud iqtisadi potensialı var, bura daha çox mədəni və turistik potensiala malikdir. Ona görə də biz evlərinə qayıdacaq sakinlərimizin gözləntilərini, iş şərtlərini və s. diqqətə alırıq. Bu məsələlər master planda əksini tapıb”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183405

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930