Azərbaycan əhalisinin sayı açıqlandı – RƏSMİ
Azərbaycan əhalisinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Cumhuriyyet.az-a verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 42 274 nəfər və ya 0,4 faiz artaraq sentyabrın 1-i vəziyyətinə 10 198 640 nəfərə çatıb.
Bildirilib ki, əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=183782