“Şuşaya gedib nə edəcəyəm ki?” – İcra başçısı

18.10.2022 - 17:50

“Şuşanın Baş Planı ilə bağlı məlumatım yoxdur. Şuşanın Baş Planını mənimlə müzakirə etməli deyillər, çünki mən nə memaram, nə də heykəltaraş, mən icra başçısıyam. Baş Planın hazırlanmasının icra başçısına heç bir aidiyyəti yoxdur”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

Şuşanın icra başçısı işğaldan azad olunandan sonra Azərbaycan mədəniyyətinin paytaxtına bir neçə dəfə səfər etdiyini söyləyib:

“Şuşaya bir neçə dəfə gedib-gəlmişəm. Gedib orada nə edəcəyəm ki?! Şuşa camaatı buradadır, orada deyil. Şuşanın əhalisi Azərbaycanın 60 rayonuna səpələnib. Camaat hər gün bizim yanımıza gəlir. Biz də burada tez-tez camaatla görüşürük”.

Short URL: http://www.cumhuriyyet.net/?p=183871

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930