AXCP-nin aksiya çağırışları ilə bağlı- DİN-dən xəbərdarlıq

21.10.2022 - 17:15

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Bakı Şəhər İcra Hakimiyyətinin önündə piket keçirmək çağırışlarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, icazəsiz aksiya cəhdlərinin qarşısı alınacaq:

“Bakı Şəhər İcra Hakimiyyəti AXCP-nin icra hakimiyyətinin önündə piket keçirilməsini məqsədəuyğun hesab etməyib. Buna baxmayaraq, həmin partiyanın bir qrup üzvü piketin keçiriləcəyi haqda sosial şəbəkələrdə məlumatlar paylaşırlar.

Piket üçün nəzərdə tutulan yer təhsil müəssisələrinin yerləşdiyi, nəqliyyatın intensiv hərəkət etdiyi və insan sıxlığının yüksək olduğu ərazi olduğundan orada aksiya keçirilə bilməz. Ona görə də 2019-cu ildə qeydə alınmış analoji neqativ halın təkrarlanmasına imkan verilməyəcək, cəhd ediləcəyi təqdirdə isə qarşısı alınacaq.

Xatırladırıq ki, qanunvericiliklə icazə verilməyən yerlərdə kütləvi tədbirlərin keçirilməsinə görə təşkilatçılar məsuliyyət daşıyırlar”.

Short URL: http://www.cumhuriyyet.net/?p=183997

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930