Zəfər Günü münasibətilə Ağalıda konsert təşkil edilib – FOTO
8 Noyabr – Zəfər Günü münasibətilə Zəngilanın Ağalı kəndində konsert proqramı təşkil edilib.
Cumhuriyyet.az xəbər verir ki, Ağalı kəndinin sakinləri ilk dəfə kəndlərində bayram tədbirinə qoşulublar. Təşkil olunan tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, kənd sakinləri, incəsənət xadimləri, qalib Azərbaycan Ordusunun hərbçiləri iştirak edib.
Tədbiri giriş sözü ilə xüsusi nümayəndə Vahid Hacıyev açıb. Bildirilib ki, Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatı ilə azad etdiyi torpaqlarda bir daha silah səsi eşidilməyəcək, işğaldan azad olunan bütün rayonların sakinləri öz yurdlarına dönəcək və bayram şənliklərinə ev sahibliyi edəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=184535