“Yol hərəkəti haqqında” Qanuna dəyişiklik edilir

18.11.2022 - 23:42


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib.

İclasda komitənin üzvü Kamal Cəfərov “Yol hərəkəti haqqında” Qanuna iki məsələ ilə bağlı dəyişiklik edilməsi barədə qanun layihəsindən danışıb.

O bildirib ki, təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə o 10 gün ərzində dövlət qeydiyyatından keçirilməli olacaq. Yəni, bu müddətdə nəqliyyat vasitəsinin dövlət qeydiyyatından keçirilərək uçota alınması tələbi də nəzərdə tutulur. İclasda “Yol hərəkəti haqqında” Qanunda digər dəyişiklik də müzakirə olunub.

Belə ki, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi tələbinin müəyyənləşdirilməsi məsələsi də təklif edilib. Belə ki, qanuna dəyişikliklər trisikl və kvadrisiklərin də dövlət qeydiyyatına alınmasını nəzərdə tutur. Trisikl işçi həcmi 50 kub santimetrdən çox olan daxiliyanma mühərriki ilə hərəkətə gətirilən və ya mühərrikinin tipindən asılı olmayaraq, maksimal konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olan və orta uzununa müstəviyə nəzərən simmetrik yerləşən üçtəkərli mexaniki nəqliyyat vasitəsidir.

Qeyd edək ki, müzakirə olunan qanun layihələri Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=185225

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031