Qüdrət Həsənquliyev: “1 milyon 200 min məhkəmə qərarının icraya yönəldilməsi gözlənilir”

25.11.2022 - 12:08

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Spiker Sahibə Qafarova giriş nitqində parlament nümayəndə heyətinin Kambocaya səfəri, keçirdiyi görüşlərlə bağlı məlumat verdi. Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçildi. İlk olaraq “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Komitə sədri Tahir Mirkişili büdcə layihəsi barədə məlumat verdi.

Deputat Qüdrət Həsənquliyev çıxışında bildirdi ki, ilin sonunadək 1 milyon 200 min məhkəmə qərarının icraya yönəldilməsi gözlənilir: “Bu, kifayət qədər böyük rəqəmdir. Ona görə də mən hörmətli maliyyə naziri Samir müəllimə müraciət edirəm. Vəsait ayrılmalıdır ki, məhkəmə qərarları icra olunsun. Əgər məhkəmə qərarları tam şəkildə icra olunmursa, bu, investorları da ölkəyə investisiya qoymağa çəkindirəcək”.

Q.Həsənquliyevin Sovet İttifaqının dağılması səbəbindən bəhs edərək bildirdi ki, bu, əsasən iqtisadi islahatların həyata keçirilməməsi, böyük özəlləşdirməyə gedilməməsi səbəbindən baş verdi. “Bu gün Azərbaycanda iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindədir. Biz böyük özəlləşdirməyə getməliyik. Biz büdcəni daha da artıra bilərik. Amma böyük islahatlara gedilməsə, nəticə bizim arzuladığımız kimi olmayacaq”.(musavat)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=185748

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031