Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun “Qalanı xatirədir” kitabının təqdimatı və imza günü keçirilib

10.12.2022 - 23:47

10 dekabrda Sumqayıt şəhərində Əli Kərim adına Poeziya evində Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli şair Baba Vəziroğlu ilə görüş və “Qalanı xatirədir” kitabının təqdimatı və imza günü keçirilib.

Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Təranə Hüseynlinin təşkilatçılığı ilə keçirilən tədbirdə həmin məktəbin müəllim və şagird kollektivi və Baba Vəziroğlu poeziyasının vurğunları iştirak ediblər.

Tədbiri giriş sözü ilə Poeziya evinin rəhbəri İbrahim İlyaslı tədbir iştirakçılarını salamladıqdan sonra, sözü kitabın baş redaktoru və tədbirin təşkilatçısı Təranə Hüseynliyə verib. Təranə Hüseynli çıxışında kitab haqqında ətraflı məlumat verib.

Daha sonra 11 nömrəli məktəbin xor kollektivi ulu Öndərə həsr olunmuş “Sən elə bir zirvəsən” əsərini ifa edib. Tədbir iştirakçıları tərəfindən Baba Vəziroğlu yaradıcılığından sevilən əsərlər səsləndirilib.

Tədbirin sonunda Baba Vəziroğlu təşkilatçılara təşəkkürünü bildirib və Vətən müharibəsi zamanı qələmə aldığı “Cənab Ali Baş Komandan” şeirini səsləndirib. İştirakçılarla xatirə şəkilləri çəkilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186246

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930