“Bakcell”dən nəqliyyat üçün ağıllı həllər

29.12.2022 - 17:08

“Bakcell” şirkəti korporativ abunəçilərinə nəqliyyat vasitələri üçün ağıllı həllərdən istifadə etmək imkanı yaradır. “GPS+” adlanan bu yeni xidmət şirkət və təşkilatlara məxsus nəqliyyat vasitələrinin GPS izlənməsini təmin edir.

Xidmətə qoşulan korporativ abunəçilər nəqliyyat üçün nəzərdə tutulan ağıllı həllərdən istifadə etməklə onun yerləşdiyi yer, sürəti, yanacaq sərfiyyatı, işləmə rejimi və səyahət etdiyi məsafəyə 24 saat ərzində nəzarət edə biləcəklər.

Monitorinq korporativ avtomobillərə quraşdırılan GPS avadanlığı vasitəsilə həyata keçirilir.

Xidmət barədə ətraflı məlumat üçün https://business.bakcell.com/az/smart-solutions-for-transport  səhifəsinə daxil olun.

Qeryd edək ki, “Bakcell” şirkəti müxtəlif sahələrdə fəaliyyət göstərən korporativ abunəçilərini üstün mobil rabitə xidmətləri və texnoloji həllərlə təmin edir.

Xatırladaq ki, 2022-ci ildə “Bakcell” şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186607

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031