Sumqayıtda tanınmış rəssamların hər dərsi master-klass olan incəsənət məkanı-“Cavad art academy”

06.01.2023 - 14:22

Rəssamlıq — təsviri incəsənətin ən qədim növlərindən biridir. Rəssamlıq həm də uşaqların öz xəyal dünyalarını və duyğularını ifadə edə bilmək üçün çox dəyərli bir sənət növüdür.

Etiraf edək ki, incəsənətlə bağlı məkanlar Sumqayıtda elə də  çox deyil.

Bu baxımdan  Sumqayıtda rəssamlığın sirləri öyrədilən “Cavad art academy”  rəsm kurslarının açılması  sevindirici sayıla bilər.

Ələlxüsus bu kursları keçən rəssamların özləri tanınmış rəssamlar olanda. Mən də şəhərimizdə  bu cür məkana dəyməyib, gözəl rəssamla olmaqla bərabər gözəl insan olan, yaxşı tanıdığım Namiq Cavadla, onun işıqlı və geniş emalatxanasında söhbətləşməyə bilməzdim.

“Cavad art academy” çöldə  girişində adama qeyri adi  bir şey vəd etməsə də kursun binasına daxil olub pilləkənlə qalxdıqda  məktəbin interyeri, dizaynı, tərtibatı hansı ki, sonradan öyrəndim ki, Namiq Cavadın özü tərəfindən edilib, məni öz xoş  abu-havası, pozitiv yaradıcılıq mühiti ilə valeh etdi.

Ən maraqlısı odur ki, bura bəlkə də yeganə rəsm kursudur ki, müəllimlərin emalatxanası  da elə kursun içindədir və tələbə istəsə peşəkar, təcrübəli rəssamın iş prosesini izləyə bilir ki, bu da da gənc rəssamların inkişafında böyük önəm daşıyır. Bir növ ustadın işinə baxan gənc rəssam uzun tələbəlik yolunu qısaldır.

Burada otaqlarda böyükdən kiçiyə rəssamların dərs keçməsi üçün hər cür şərait və lazımi invertar var.

Qısa arayış verim  ki, Namiq Cavad Sumqayıtda ilk özəl şəkil qalereyasının sahibidir.

1996-cı ildən 2008-cən davamlı olaraq Türkiyədə yaşayan rəssamın  Türkiyədə 2001 –ci ildə Beşiktaşda, 2000 – ci ildə isə İstanbul sənət qalereyasında fərdi sərgiləri keçirilib.

Namiq Cavad Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Onun əsərləri dünyanın bir çox yerlərində, o cümlədən Türkiyə, Amerika , Almanya, Fransa, Hindistan və digər yerlərdə satışa çıxarılır.

-Namiq müəllim necə oldu ki, “Cavad art academy” rəssamlıq kurslarını açmaq  fikrinə gəldiniz? Sizi tanıyan adam kimi bilirəm ki, sizin üçün maddiyat heç də ən əsas deyil.

-Mən Sumqayıtda ilk özəl rəsm qalareyası olan Cavad Art Qalereya-nı da açanda mənə deyirdilər ki,nəyə görə qalareyanı məhz Sumqayıtda açdın, burda bunun yeri deyil  və sən qazanc əldə etməyi nəzərdə tutursansa burda bu alınan deyil.”

Bu fikirlərə mənim cavabım o olurdu ki, mənim əsas niyyətim pul qazanmaq deyil. Söz yox ki , pul qazamaq istəyi normal bir niyyətdir. Amma mənim əsas məqsədim belə bir yerin şəhərimizdə olmağıdır. Fikirləşirdim ki, əgər Bakıda çoxsaylı özəl qalareyalar varsa , niyə də bizdə heç olmasa bir dənə olmasın. Mən Bakıda 3-4 dənə belə böyük , əsl rəsm kursları tanıyıram.

Amma Suqmayıtda elə bir rəsm kursu yox idi ki, orda akademiya səviyyəsinə yaxın dərslər keçirilsin.“Cavad art academy”-i də  o fikirlə açdım ki,  bizdə də sanballı, yüksək səviyyəli bir kurs olsun.

Bizim kursa elə tələbə var ki, o akademiyaya getməyəcək, amma bizdə 2-3 il təhsil alıb rəssam kimi yetişib çıxacaq burdan. Biz burda təhsili o səviyyədə nəzərdə tutmuşuq.

Yəni, tələbə bura sırf Akademiyaya daxil olmaq üçün, imtahana hazırlaşmaq məqsədilə orda proqrama düşəni şablon olaraq öyrənmək üçün gəlməsin. Təkcə imtahana düşəni öyrənəndən tam mənada rəssam olmayacaq. Bu sadəcə bünövrədir. Bizdə tam başqa cürdür. Bizim kursda yaş məhdudiyyəti yoxdur. Kursa rəsmlə həvəskar və peşəkar məşğul olmaq istəyən hər kəs gələ bilər. Burada rəsm dərslərindən başqa qəbul imtahanlarına da hazırlışmaq olar.

Elə insan var ki, rəssamlıq qabiliyyəti var, amma müəyyən yaş həddinə çatsa da bunu özündə hiss etməyib. Biz belə insanda rəssamlıq qabilyyətini üzə çıxaranda onu cəmiyyətə rəssam kimi qazandırmış oluruq. Tələbə var ki, akademiyanı bitirib, amma rəssamlığın müəyyən sirlərini öyrənmək üçün bizim yanımıza gəlir.

-Kursa tələbələr yalnız Sumqayıtdan gəlirlər?

-Yox, Bakıdan, hətta Siyəzəndən gələn tələbələrimiz var.

– Sizin kursun digər rəsm kurslarından fərqi, özəlliyi nədir?

-Bizdə yanaşma təm fərqlidir. Biz peşəkar rəssam olaraq demək olar ki, dərs əsnasında tələbələrimizə hər gün master-klass göstəririk. 2 saat dərs prosesi zamanı özümüz də işləyə-işləyə biz tələbənin yanında oluruq . Amma çox kurslarda tələbəyə sadacə tapşırıq verməklə kifayətlənirlər.

-Müəllimlik  mən bilən sizin üçün elə də təzə sahə deyil. Amma yenə də rəsm çəkmək asandır, yoxsa rəsm çəkməyi öyrətmək ?

– Mən Tükiyədə yaşayarkən İstanbulda  rəsmdən dərslər keçirirdim. Öyrətmək nisbətən asandır. Biz 1-2 dərsdən sonra bilirik ki, uşağın qabiliyyəti nə dərəcədədir və onun bacarığına görə ehtiyacı olanı öyrədirik. Təbii ki, bir var əsər yaradasan, eskizlərini edəsən, birdə var bildiklərini qarşı tərəfə ötürəsən. Amma tədrisin məsuliyyəti də böyükdür. Çünki biz çalışırıq ki, tələbədə nəticə olsun. Çalışırıq tələbədə istedadı aşkar edib ona düzgün istiqamət verək.

-Kursa gələn gənc rəssamların gələcəkdə rəssamlıqda uğur qazanması haqda ümidləriniz necədir?

-Düşünürürəm kurslara yazılan uşaqların arasında gələcəkdə tanınmış, əsərləri beynəlxalq sərgilərdə yer alacaq rəssamlar  yetişə bilər.  Bizim hədəfimiz də odur ki, burada böyük, dahi rəssamlar yetişsin.

-Sizə uğurlar arzulayıram!

-Təşəkkür edirəm!

***

“Cavad art academy” rəsm kursunun digər müəllimləri də peşəkar rəssamlardır.

Rəssam Füzuli Şəfiyev  1990-cı ildə Əzizm Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Bədii qrafika fakültəsini bitirib.

Fərdi şəkildə yaradıcılıqla, pedaqoqika ilə məşğul olub.

Füzuli Şəfiyev “Cavad art academy” ilə bağlı fikirlərini bizim sayt ilə bölüşdü:

“Bizim Namiq müəllimlə pedaqoji fəaliyyətimiz də olduğumuz üçün qərara gəldik ki, tədrislə də məşğul olaq, rəssamlığı təbliğ edək.

Sovet dövründə bizdə mədəniyyət klubları olurdu ki, onların nəzdində incəsənətin bütün  növləri üzrə tənzimlənmiş , sistematik fəaliyyət növləri, dərnəklər fəaliyyət göstərirdi. Bu sistem sonradan dağıldı və  bu sahədə bir boşluq yarandı. Müstəqillik dövründə rəssamlıq da digər sahələr kimi yavaş-yavaş bərpa olunmağa başladı. Azərbaycanda son 10-15 ildə rəssamlığa maraq artıb. Beləcə təlabat özü bizi rəssamlıq kursu açmağa diqtə etdi.

Biz yadıcılıqla məşğul olanda tədrisə çox vaxt ayırmaq olmurdu.

Amma bizə ətrafdan davamlı çoxsaylı müraciətlər nəticəsində tədris kursunun açlmasına ehtiyac olduğunu gördük.

Bizə rəssamlığa gələnlər fizika, riyaziyyat və sairə fənlərdən çıxıb gəlirlər , ordakı kimi yüklənmirlər, sanki dincəlirlər.

Bu həm də bir əyləncədir. Öyrənməklə yanaşı insan rəssamlıqla stressi atır, yorğunluğu çıxarır.

Rəsm çəkmək zövqlü iş olduğundan vaxtın necə keçdiyini adam hiss etmir. Bizim kursa -emalatxanaya gələn 70 yaşılı tələbələr olub ki, onlar bununla dicəldiklərini deyiblər. Hətta  “Qabusnamə” də , İbn Sinanın, Nəsirəddin Tusinin əsərlərində sarsıntı keçirən, psixoloji gərginlik keçirən insanlara tövsiyyə olunur ki, zövqlü əl işlərilə məşğul olsunlar ki,sağalsınlar.

Bir adam rəssamdırsa onu incəsənətin digər sahələrinə də yönəltmək olur. Rəssamın musiqi duyumu da olur, onun bacarığı heykəltaraşlıqda, digər sahələrdə özünü adətən göstərir. Məsələn Leonardo da Vinçi  rəssam olmaqla bərabər alim, yaxşı riyaziyyatçı, mühəndis, ixtiraç, heykəltəraş, memar, musiqiçi və yazıçı da olub. Bizdə  Mir Möhsün Nəvvab şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas, alim olub. Həmçinin Xurşidbanu Natəvan və ya Abbasqulu ağa Bakıxanov. Ümumiyyətlə rəsamlıq sanki bütün incəsənət növlərinin kilididir. Rəssamlığa yiyələnən eyni bacarığı digər incəsənət növlərində də göstərə bilər. Bu rəssamlığın özəl xüsusiyyətidir”.

“Cavad art academy” rəsm kursunun təcrübəli müəlliməsi Zemfira Novruzova Dövlət Rəssamlıq Akademiyasının magistr səviyyəsini bitirmişdir.

Zemfira xanım əsasən portretləri ilə, həm də mənzərələr, natürmortlar və tematik rəsmləri ilə tanınır. O həmçinin uşaq ədəbiyyatı janrında bir sıra  kitabların –  X. Məmmədovun ” Ləyaqət naminə” , G. Əsgərovanın” Xanın üç qızı “, ” Xəmsənin xilası “, ” Leyli və balaca adamın sirri”, X. Cəfərovanın ” Külək – Yel kürəsinin şahzadəsi “, ” Şuşalı superqəhrəman Qaya ” kitablarının üzərindəki rəsmlərin müəllifidir.

Zemfira Novruzova pedaqoq kimi fəaliyyətini 2013-cü ildən  başlayıb və bu günə kimi uğurla davam etdirir.

İmran Kərimli

Tribunainfo.az

“Cavad art academy” kurslarına qabiliyyətindən və yaşından asılı olmayaraq, rəsmlə həvəskar və peşəkar məşğul olmaq istəyən hər kəs dəvətlidir. İncəsənət məktəbində rəsm və rəngkarlıq üzrə bütün dərslər ali təhsilli və təcrübəli müəllimlər tərəfindən tədris edilir. Dərslər həftədə 2 dəfə olmaqla 2 saat ərzində davam edir. Kurslarda tədris planı üzrə aşağıda sadalanan üslublarda dərslər keçirilir:

Portret;

Akademik hazırlıq;

Moda;

Memarlıq;

Natürmort;

Mənzərə.

Kursun aylıq qiymət cədvəli yaşından və tədris planından asılı olaraq dəyişir:

5 yaşdan – 5-ci sinfə qədər – 40 AZN;

5-ci sinifdən – 9-cu sinfə qədər – 50 AZN;

Akademik hazırlıq – 80 AZN;

Həvəskar hazırlıq – 70 AZN;

Portret dərsləri – 100 AZN;

Fərdi şəkildə professional portret dərsləri – 150 AZN.

Ünvan: Sumqaqyıt, 6-cı mkr, 33 nömrəli binanın tini.

Əlaqə nömrəsi: (051) 370 53 37.

Bundan başqa professional portretlərin və digər janrda olan rəsmlərin sifarişi üçün Cavad Art Qalereyaya müraciət edə bilərsiniz . Qalereyada sifariş edəcəyiniz rəsmlərə uyğun çərçivə çeşidi də vardır .

Cavad Art Qalereya Sumqayıtda yerləşir, rəsm sifarişi, çərçivə çeşidi, toxunma işlər, güzgülər, rəsmə paspartu əlavə etmək, divar rəsimlərinin çəkilməsi üçün qalereyamıza müraciət edə bilərsiniz.

Rəsmlə məşğul olmaq və onu həyatın mənasına çevirmək heç vaxt gec deyil!

Sosial şəbəkələrdə:

https://www.instagram.com/cavad.artacademy/

https://www.instagram.com/_cavadartqalereya_/

https://www.facebook.com/people/Cavad-ART-Gallery/100063915991637/

https://www.facebook.com/namiq.cavad.37

         

     

  

 

               

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187105

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031