Bu şəxslər işdən 1 saat tez çıxacaq
Bakı Ali Neft Məktəbində (BANM) qadınların iş saatı ilə bağlı yeni qərar qəbul edilib.
Cumhuriyyet.net xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov bildirib.
O bildirib ki, qadın işçilər işdən 1 saat tez çıxacaqlar:
“Bakı şəhərində hər gün tıxac var. Təbii ki, 18:00-da işdən çıxan qadın evə gec çatır. Biz də öz daxilimizdə qərar qəbul etmişik ki, qadınlar saat 17:00-da işdən çıxsınlar. Bu zaman onlar 18:00-da evdə olurlar. Fikrimcə, bu, hardasa məişət problemini bir tərəfdən həll edir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=187434