BNA-dan qarla bağlı sürücülərə XƏBƏRDARLIQ

08.02.2023 - 17:44

Bakı Nəqliyyat Agentliyi (BNA) fevralın 9-da gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlığına əsasən hərəkət iştirakçılarını müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə BNA məlumat yayıb.

“Qarlı və şaxtalı hava şəraitində sürücülərə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etmələrinə tövsiyə edirik. Həmçinin sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir”, – BNA bildirir.

Sürücülər sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amilləri nəzərə almağa və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmağa çağrılıb. Ümumilikdə isə kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi tövsiyə edilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=187769

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930