Azərbaycanda marqarinə dair yeni tələb müəyyənləşdirildi

16.02.2023 - 21:08

“Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının tənzimlənməsinə dair sanitariya norma və qaydası” təsdiqlənib.

Cumhuriyyet.az  xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası qərar qəbul edib.

Yaxılabilən yağlar qida məqsədilə istifadə edilən, habelə fiziki və kimyəvi modifikasiyaya məruz qalmış bitki mənşəli yağlardan və ya onların heyvan mənşəli yağlar və (və ya) piylərlə qarışığından əldə edilən, yağ-su emulsiyası halında olan, formaya salına bilən, yağ tərkibi 10 – 90% arasında olan yağlar (marqarin və spred), qatı yağlar qida məqsədilə istifadə edilən, habelə fiziki və kimyəvi modifikasiyaya məruz qalmış bitki mənşəli yağlardan və ya onların heyvan mənşəli yağlar və (və ya) piylərlə qarışığından əldə edilən, yağ tərkibi 91-99% arasında olan yağlardır. Trans yağ turşuları isə ən azı bir ədəd trans konfiqurasiyada “karbon-karbon” ikiqat əlaqəyə malik yağ turşularıdır.

Qaydaya əsasən, yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının miqdarı (heyvan mənşəli yağlarda və piylərdə təbii halda yaranan trans yağ turşuları istisna olmaqla) məhsulun ümumi yağ tərkibinin 2%-dən çox olmamalıdır.

Bu qayda kərə yağı və süd yağı əsaslı yağlara şamil edilmir.

Qərar 2023-cü il 1 avqust tarixindən qüvvəyə minir.

Qayda qüvvəyə mindikdən sonra qida subyektləri tərəfindən sözügedən məhsulların qeyd edilən tələblərə uyğunluğu 6 (altı) ay müddətində təmin edilməlidir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188304

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031