Razi Nurullayevdən etiraz: “Belə olmaz axı!”

24.02.2023 - 14:21

Deputat Razi Nurullayev Milli Məclisdəki çıxışında bildirdi ki, ölkəboyu 2007-ci ilə qədər verilən bələdiyyə torpaq sənədlərinin tanınması və onlar üzrə işlər aparılması ciddi problemə çevrilib. O qeyd etdi ki, vətəndaşlar evlərini, sahibkarlar bizneslərini qanuniləşdirə bilmirlər: “Vətəndaş və sahibkarlar mülkiyyətlərini kapital kimi istifadə edə, girov qoya, kredit götürə bilmir. Əlavə olaraq deyim ki, tam məskunlaşdırılmış kənd təsərrüfatı və örüş sahələrində sənədləşdirmə işləri də aparmaq olmur. Əsas kimi 1963-cü ilin sovet xəritəsi götürülür. Bir kəndin ortasında və yaxud yaşayış evləri ilə əhatə oliunmuş torpaqlar belə, örüş sahəsi kimi gedir və bələdiyyələr o əraziləri vətəndaşa ev tikintisi üçün verə bilmir. Sual olunur ki, düz kəndin və ya digər yaşayış massivlərinin ortasında 2-3 hektarlıq yerdə örüş sahəsi ola bilərmi? Bu məsələlərin tezliklə qanuniləşdirilməsi vacibdir ki, qanunsuz tikililərin sayı çoxalmasın, heç olmasa sabit qalsın”.

R.Nurullayev daha sonra dedi ki, rayonlar üzrə elektron xəritələrin gecikdirilməsi normal inkişaf və planlaşdırma üçün ciddi problemlər yaradır: “Bələdiyyələr xəritə olmadan öz torpaqlarını necə tanısın, necə icarəyə versin və necə idarə etsin? İllərdir eşidirik ki, elektron xəritələr təqdim ediləcək və illər də bitmir. Bu məsələnin bir izahı varmı? Mən istərdim ki, Əmlak Məsələləri Dövlət Xidməti və onun tabeçiliyində olan xidmətlər nəhayət ki, bu problemlərə aydınlıq gətirsinlər”. Deputat digər bir problemdən də bəhs etdi: “Əmlak məsələləri dövlət xidmətinin tabeçiliyində olan reyestr xidməti torpaq, əmlak çıxarışları üçün iki dəfə – 125 və 235 manat, ümumilikdə 360 manat ödəniş alır. Sonuncu mərhələdə imtina verilir və ödəniş geri qaytarılmır. Amma, əminəm ki, onlar çox gözəl də bilirlər ki, konkret yerlər üzrə təqdim edilən sənədlər sonunda geri qaytarılacaq və yüzlərlə təcrübə də var. Çünki, konkret yerlər üzrə problemlər onlara məlumdur. Bəs onda o sənədləri niyə qəbul edib sonra da imtina edirsiniz? Vətəndaşlar mənə deyir ki, yəqin ki, oyunlar 360 manatın başındadır? Belə olmaz axı!” Deputat onu da bildirdi ki, bələdiyyənin sərancamında olan torpaq sahəsinin təyinatı örüş olduğu halda qanunsuz əkin sahasinə çevrilmiş sahələri sənədləşdirə bilmir: “Bələdiyyələr bu torpaqların örüş sahəsinə qaytarılması üçün müraciət edir və imtinalar gəlir. Burada heç bir məntiq yoxdur. Ya ərazi örüş sahəsinə – yəni əvvəlki statusuna qaytarılmalı və bu sənədlə sübut olunmalı, ya da təyinatı dəyişdirilməlidir. Bu məsələ niyə havadan asılı qalsın, narazılıq yaratsın və bələdiyyə də fəaliyyət göstərə bilməsin? Əmlak məsələləri dövlət xidmətinin bu məsələyə aydınlıq gətirməsini istəyirəm”.

R.Nurullayev daha bir problem, torpaq sürüşmələrindən də bəhs etdi: “Vətəndaş, sahibkar torpaq sahəsi alıb və onun kordinatları dövlət aktında, çıxarışda qeyd edilib. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidməti elektron vasitələrlə yeri yenidən ölçür və torpaq sahəsi bəzən on metrlərlə sürüşür. Nəticədə vətəndaşlar və sahibkarlar arasında münaqişə yaranır. Elə sahələr var ki, torpağın qiyməti çox bahadır və heç kim bir qarış yerini belə güzəştə getmək istəmir. Bu sahədə olan narazılığı və problemi həll etmək üçün hansı addımlar atılır, nələr edilib və nələr ediləcək, həll yolu nədir kimi suallara da Əmlak məsələləri dövlət xidmətinin aydınlıq gətirməsini istəyirəm. Həqiqətən də edilən müraciətlər həddindən artıqdır”.(musavat)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188803

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031