BŞTİ rəsmisi özbaşına işçı toplayır: Hansı əsasla?

27.02.2023 - 16:00

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Hüquq sektorunun müdiri Kamran Əliyevin sosial şəbəkə paylaşımı ciddi müzakirələrə səbəb olub.

Cumhuriyyet.az xəbər verir ki, o, paylaşımında BŞTİ-də hüquqşünas vəzifəsinə vakansiya olduğunu və namizədlərin qeyd olunan elektron ünvana CV göndərməsini yazıb.

Müzakirə də məhz bu cümlədən sonra başlayıb. Çünki dövlət müəssiələrinə işə qəbul qaydası, xüsusilə də hüquq sektoru üçün dövlət qulluğu hazırlığı test imtahanı və müsahibə mərhələsindən keçdikdən sonra olur. Ümumiyyətlə, hüquqşünaslar dövlət qulluğu, həmçinin xüsusi dövlət qulluğu imtahanları verib, sonra vəzifəsi üzrə çoxsaylı iş imkanı əldə edir.

Bu baxımdan da Kamran Əliyevin paylaşımı çaşqınlıq yaradır. Əgər yuxarıda qeyd olunan prosedur varsa, namizədlər birbaşa CV əsasında necə işə qəbul ola bilər? Elanda xüsusilə qeyd olunur ki, üstünlük korporativ hüquq sahəsində biliyi və təcrübəsi olan şəxslərə verilir. Dövlət qulluğu hazırlığı test imtahanı və müsahibə mərhələsindən keçən namizədlər barədə isə bir cümlə də yoxdur.

Qeyd edək ki, mövzu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müvafiq sorğu göndərilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188994

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930