Bu, iynə ilə gor qazmaq kimi bir şeydir – Rüstəmxanlı

07.03.2023 - 15:53

Məni narahat edən qanun layihəsində Azərbaycanda oturum, müvəqqəti yaşamaq icazəsinin alınmasının yalnız pula bağlanmasıdır.

Cumhuriyyet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı bildirib.

Sabir Rüstəmxanlı deyib ki, Güney Azərbaycandan olan soydaşlarımız arasında ictimai işlərlə və digər məqsədlərlə Azərbaycana gəlib, bir neçə il yaşamaq istəyənlər ola bilər:

“Ona görə də qanunda bu məsələlər əksini tapmalıdır, yaşamaq icazəsi ancaq pula bağlanmamalıdır”.

Deputat qeyd edib ki, qanun layihəsi çox mürəkkəb formada yazılıb, bunu oxumaq, köhnə qanunla müqayisədə edərək anlamaq iynə ilə gor qazmaq kimi bir şeydir:

“Bu qanunla bağlı normal arayış hazırlanıb təqdim edilsə, daha yaxşı olardı”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189564

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930