Nazirlikdən COVİD-19-la bağlı açıqlama

27.03.2023 - 12:04

Novruz bayramında müxtəlif şənliklərin keçirilməsi, bölgələrə gediş-gəliş halları çoxalmışdı. Bütün bunlar ölkəmizdə koronavirusa yoluxanların sayını artıra bilər?

Cumhuriyyet.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Vasif Əliyev bildirib ki, Azərbaycanda COVİD-19 infeksiyası sönməyə doğru gedir.

“Ölkəmizdə virusa yoluxub sağalanları və virusa qarşı peyvəndləməni nəzərə alsaq bölgələrə gediş-gəliş virusa yoluxanların sayını artırmayacaq.

Rayonlara gediş-gəlişdən başqa da virusa yoluxmanı artıracaq ticarət mərkəzləri, kafelər, restoranlar, məktəblər, universitetlər və bu kimi bir çox məkanlar mövcuddur. Bütün bunlara baxmayaraq ölkəmizdə koronavirusa yoluxma sayı çox azdır. Ümumiyyətlə ölkəmizdə COVİD 19 infeksiyası ilə bağlı vəziyyət stabildir. Xarici ölkələri də götürsək pandemiyada artım qeydə alınmır”, – deyə V. Əliyev əlavə edib.

Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 829 398 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 819 104 nəfər müalicə olunaraq sağalıb, 10 166 nəfər vəfat edib, aktiv xəstə sayı 128 nəfərdir.Ölkədə son sutka ərzində 910, hazırkı dövrədək isə 7 553 009 test aparılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=190131

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930