Seymur Talıbov üzə çıxdı: “Əvvəllər başda oturardı, indi isə onu bacanağı əvəz edir” – FOTO

24.04.2023 - 19:12

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun istefasından sonra onun kiçik oğlu Seymur Talıbov cəmi bir dəfə görüntülənmiş, Naxçıvan şəhərində çəkilmiş qısa videosu mediada yayılmışdı. Seymur Talıbov bu günlərdə yenidən üzə çıxıb.

Cumhuriyyet.az TNS-ə istinadən xəbər verir ki, kiçik Talıbovun yaxınları ilə birlikdə çəkdirdiyi fotoşəkil sosial şəbəkələrdə paylaşılıb.

Tanınmış jurnalist Heydər Oğuz həmin fotonu öz sosial şəbəkə hesabında paylaşaraq maraqlı şərh yazıb: “Xan” erası bitməmişdən əvvəl xanzadə Seymur əfəndi hansı məclisdə olursa olsun, həmişə yuxarı başda oturardı. İndi isə onu masanın yan tərəfinə atıblar. Masanın başında isə bacanağı Hümbət və sürücüsü Həsən oturub. Dağıl, ay dünya! Vəzifədən düşən kimi insanı sürücü belə arxa plana keçirir”.

Həmin fotoşəklin necə və nə məqsədlə yayıldığı dəqiq məlum deyil. Güman edilir ki, Seymur Talıbov bununla cəmiyyətə nəsə mesaj ötürmək istəyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=191108

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930