Əhaliyə CİDDİ XƏBƏRDARLIQ: bunu etməyin!

28.04.2023 - 17:19

SOCAR “Azəriqaz” İstehsalat Birliyi abonentlərin mənzilə daxil olaraq qaz sızmasının olub-olmadığını müəyyən etmədən əvvəl işıqlandırıcı cihazları yandırıb-söndürməməyə çağırıb.

Cumhuriyyet.az xəbər verir ki, bu çağırış SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov tərəfindən “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüş zamanı səsləndirilib.

Onun sözlərinə görə, qaz iyinin olub-olmadığını müəyyən etmədən işıqlandırıcı cihazlarından istifadə nəticəsində yaranaт qığılcım bədbəxt hadisəyə, qəzaya səbəb ola bilər.

Şöbə müdiri bildirib ki, hansısa səriştəsiz insan tərəfindən düzgün quraşdırılmayan qaz cihazı və ya şlanq birləşmələri nəticəsində qaz sızması yarana bilir, bu da partlayışa səbəb olur.

“Partlayış və yanğın hadisələrinin 99%-i bu səbəbdən baş verir. Ona görə də, dönə-dönə təkrar edirik ki, mənzilə daxil olanda, hətta bloka daxil olan zaman qaz iyinin olub-olmadığını yoxlayaq. Hamımız qaz iyini tanıyırıq. Bunu etmədən işığı yandırıb-söndürmək olmaz. İşığı yandırıb-söndürən zaman həmin o elektrik qutusunda qığılcım əmələ gəlir və ani bir səhfdən böyük faciə yaranır”, – deyə İlkin Behbudov vətəndaşları tədbirli olmağa çağırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=191348

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930