Azərbaycanda bu şəxslərə maddi yardım veriləcək

01.05.2023 - 12:16

Aqrar Sığorta Fondunun əməkdaşları müstəqil sığorta ekspertlərinin iştirakı ilə bölgələrdə dolu, sel, subasma kimi sığorta hadisələrinin təsərrüfatlarını sığorta etmiş fermer və sahibkarlara vurduğu zərəri araşdırmağa başlayıblar.

Cumhuriyyet.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

O bildirib ki, təsərrüfatları zərər çəkmiş fermerlərin ekspertlər hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri hesablayırlar.

“Araşdırmalar başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçiriləcək.Biz təsərrüfatlarını aqrar sığorta etdirmiş fermerləri öz əkin sahələrinə baxış keçirməyə və baş verən hadisələrlə bağlı Aqrar Sığorta Fonduna müraciət etməyə çağırırıq. Fermerlər Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə zəng edərək müraciətlərini edə bilərlər”.

V.Hüseynov bildirib ki, respublikada aqrar sığorta mexanizminin tətbiqi bu kimi hallarda fermerlərə dəymiş zərərin ödənilməsinə imkan verir.

“Bu səbəbdən öz əkin sahələrini, meyvə bağlarını sığorta etdirmiş fermerlər dəymiş zərərə görə sığorta vəsaiti alacaqlar. təsərrüfatlarını aqrar sığorta etdirməyən fermerlər Aqrar Sığorta Fondundan zərərə görə kompensasiya ala bilməyəcəklər: “Gələcəkdə belə halların baş verməməsi üçün əkin sahələrini vaxtında dövlət dəstəyi ilə və sərfəli şərtlərlə sığortalamaq tövsiyyə olunur, bununla bağlı fermerlərə Fond tərəfindən müraciətlər, çağırışlar da edilir. Fermerlərimizi dövlət tərəfindən təqdim olunan bu dəstəyi dəyərləndirməyə dəvət edirik”, – deyə V.Hüseynov qeyd edib.

Qeyd edək ki, dünən respublikanın bir çox rayonlarına dolu və leysan yağıb. Kənd təsərrüfatına ciddi ziyan dəyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=191370

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930