Əfv Komissiyasının iclaslarında 2 minə yaxın müraciətə baxılıb
“Bu il Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bir neçə iclası keçirilib, iki minə yaxın müraciətə baxılıb”.
Cumhuriyyet.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.
O bildirib ki, 9 ildir Əfv Komissiyasının üzvüdür:
“Amma bu dərəcədə çox və bu qədər məhsuldar iclas keçirilməyib. Əfv sərəncamı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı olacaq. Həmin sənədlər Prezidentə təqdim olunacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=191586