DYP sürücülərə müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsi “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin ikinci mərhələsi ilə əlaqədar sürücülərə müraciət edib.
Cumhuriyyet.net müraciətin mətnini təqdim edir:
“Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən “Əziz Şuşa Beynəlxalq Velosiped Turniri”nin birinci mərhələsi artıq geridə qalıb.
Bu gün yarışın ikinci mərhələsinə Qəbələ rayonunda start veriləcək. İdmançılar Qəbələ-Zarağan-Oğuz-Şəki marşrut xətti üzrə və geriyə hərəkət edərək ikinci mərhələni Qəbələ rayonunda başa vuracaqlar. Tur səhər saat 10:30-dan 15:00-dək davam edəcək.
Beynəlxalq tədbirlə əlaqədar sürücülərdən yuxarıda qeyd olunan müddət ərzində yarış iştirakçılarının hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edirik”.
Short URL: http://www.cumhuriyyet.net/?p=192011