Bu sürücülərlə müqavilə bağlayanlar cərimələnəcək

12.06.2023 - 12:20

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması sahəsində xüsusi hazırlıqdan keçməmiş avtonəqliyyat vasitələrinin sürücüləri ilə əmək müqavilələrinin bağlanması qaydalarını pozanlar cərimələnəcək.

Cumhuriyyet.net xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 324-1-ci maddə (Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması sahəsində xüsusi hazırlıqdan keçməmiş avtonəqliyyat vasitələrinin sürücüləri ilə əmək müqavilələrinin bağlanması) əlavə olunur.

Belə ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması sahəsində xüsusi hazırlıqdan keçməmiş avtonəqliyyat vasitələrinin sürücüləri ilə əmək müqavilələrinin bağlanmasına görə vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər isə 2 000 manat məbləğində cərimə ediləcək.

Məcəllədə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 2 000 manat məbləğində, hüquqi şəxslər isə 3 000 manat məbləğində cərimə olunacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=192136

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930