Deputat parlamentdə “Prius”lardan danışdı

16.06.2023 - 16:00

“Gündəlik olaraq bir neçə dəfə taksidən istifadə edən şəxs kimi onların problemlərini, narahat edən məsələləri bilirəm”.

Cumhuriyyet.net xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Elşən Musayev deyib.
“Taksi sahəsinə yalnız peşəkarların gəlməsi doğrudur, amma gəlin onların fəaliyyətinə baxaq. Bir taksi operatoru gündəlik olaraq sürücüyə 24 gediş verib. Bu da sürücünün gündəlik olaraq 14-15 saat işləməsinə səbəb olur. Eyni zamanda bu, onların istismarı deməkdir. Bir müddət əvvəl “Prius”ların adı çıxmışdı. Qeyd edirdilər ki, “Prius” sürücüləri qəza törədirlər. Bildirim ki, bu şəraitdə işləyən sürücü “Mercedes”ə və ya başqa avtomobilə otursa da, eyni şey olacaq. Günün yarısından çoxunu işləyən sürücü hər avtomobildə qəza törədə bilər”,- deyə o bildirib.(modern.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=192410

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930