Röya: “Ərəb şeyxi tapsam, səhnədən gedəcəyəm”

19.06.2023 - 17:28

“Həyatımda inandığım dostlar var idi. Lazım olmayan şəkillər çəkdirmişdim. Onları silib atardım”.

Bu sözləri Xalq artisti Röya Ayxan verilişlərin birində deyib. O, “Həyatınızdan hansı ili silərdiniz?” sualına cavabında bu sözləri işlədib.

Bundan əlavə, pop ulduz aparıcının suallarını cavablandırarkən fanatı olduğu sənətçilərdən də danışıb:

“Çoxdurlar. Amma Zülfiyyə Xanbabayevanın adını çəkmək istəyirəm”.
Həmçinin, Röya heç vaxt ailə qurmayacağını bildirib. İfaçı zarafatyana deyib ki, ərəb şeyxi taparsa, səhnədən uzaqlaşacaq.

“Çoxdandır, borcum yoxdur. Ancaq dostlarıma borcluyam. İtirməkdən, tənha qalmaqdan çox qorxuram”, – deyə Xalq artisti sözlərinə davam edib.

R.Ayxan bildirib ki, ən böyük arzusu oğlu Hüseynin ali məktəbə daxil olmasıdır.(olay)

Short URL: http://www.cumhuriyyet.net/?p=192513

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930