Deputatdan nazir müavininə sərt sözlər: “10 milyon vətəndaşımızla məzələnir”

04.07.2023 - 16:38


Milli Məclisin deputatı Fazil Mustafa Səhiyyə nazirinin müavini Rasim İsmayılova cavab verib.

Cumhuriyyet.net xəbər verir ki, nazir müavininin bugünkü açıqlaması millət vəkilini qıcıqlandırdığı üçün o, R.İsmayılova özünəməxsus formada etiraz edib.

Fazil Mustafa sosial şəbəkə hesabında belə yazıb:

“Dərman qiymətlərinin fırıldağı ilə bağlı məsələni bir neçə dəfə Milli Məclisdə gündəmə gətirmişəm. Hətta şüar da təklif etmişəm: Biz qardaş Türkiyə ilə “Bir millət, bir dərman, iki dövlət” olmalıyıq. İndi bu mövzuda Səhiyyə nazirinin müavininin açıqlamasını həm də şəxsimə cavab olaraq görürəm. Doğrudanmı belə cavab verib? Doğrusu, inanmağım gəlmədi. Ancaq inanın ki, çox sevdiyim Molla Nəsrəddinin lətifələrinə bu qədər gülməmişdim. Görün, necə baməzə, 10 milyon vətəndaşımızla məzələnən bir cavab verilib:

“Bir çox hallarda Azərbaycandakı dərman qiymətlərini Türkiyə ilə müqayisə edirlər. Amma baxsaq görərik ki, orada dərman vasitələrinin əksəriyyəti daxili istehsaldır. Necə ki bizdə təbii qaz, dizel Türkiyədən ucuzdur, eləcə də dərman vasitələrinin orada daha ucuz olması təbii qəbul olunmalıdır. Bu məntiqlə, Türkiyə vətəndaşı deyə bilər ki, Azərbaycanda qazın qiyməti aşağıdır, bizdə niyə yox?!”

Deputat daha sonra bunları qeyd edib:

“Bu məntiqlə gərək bizdə təyyarələrin uçuş qiyməti də Gürcüstandan qat-qat ucuz ola! Onlarda da neft yoxdur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=192812

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930