Elzanın AYB üzvlüyü, Əbrunun 250 minə toya gəlməsi…

06.07.2023 - 12:42

Bir mügənni Yazıçılar Birliyinə qəbul edilir, Söyüdlüdə aksiya baş verir, Şəmkirdə varlı bir adam oğlunun şənliyinə xaricdən 250 min verib müğənni gətirir, cəmiyyət isə bunu ciddi şəkildə müzakirə edir.

Cumhuriyyet.net xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Fazil Mustafa deyib.

Deputat ciddi məsələlərin cəmiyyətdə müzakirə edilmədiyini deyib:

“Ciddi məsələ Naxçıvana bilet məsələsidir. Necə olur ki, bu problem həll edilmir? Necə olur ki, Gürcüstandan Türkiyəyə, İstanbula təyyarə bileti 100 manat olduğu halda Bakıda AZAL bu uçusu 700 manata həyata keçirir? Fakt odur ki, bu, ciddi korrupsiyadır. Çünki onlar bu variantla böyük pullar qazanmaq istəyir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=192973

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930