Bu kommunal xidmətin qiyməti qaldırıldı – Rəsmi

13.07.2023 - 12:26

Hazırda Bakıda 5 məktəb, 1 uşaq bağçası, 4 səhiyyə obyekti, 4 digər büdcə təşkilatı, 76 kommersiya obyektinə, ümumilikdə 54 binaya 42 qazanxana vasitəsilə isti su verilir.

Bu sözləri bəzi binalarda isti su rüsumunun qaldırılması səbəbləri haqqında danışan Azəristiliktəchizat ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.

O, isti su tariflərinin Tarif Şurası tərəfindən deyil, “Azəristiliktəchizat” tərəfindən binalara çəkilən xərclər nəzərə alınmaqla müəyyən edildiyini bildirib:

“Hazırda Azəristiliktəchizat ASC-nin 462 qazanxanası fəaliyyət göstərir, bunların 42-si həm də 3413 mənzili isti su ilə təmin edir. 1 yanvar 2017-ci ildən etibarən isti su tarifləri Tarif Şurası tərəfindən tənzimlənmir. Cari ilin iyul ayının 1-dən etibarən Azəristiliktəchizat ASC tərəfindən isti su tariflərində dəyişikliklər edilib. İsti su tarifləri isə Azəristiliktəchizat ASC-nin ayrı-ayrı binalar üzrə sərf etdiyi xərclər nəzərə alınmaqla müəyyən edilir. Sözügedən xərclər binadakı mənzillərin və yaşayan sakinlərin sayına və s. görə dəyişir. Yəni Bakı şəhərində isti su verilən binalarda yaşayan vətəndaşlar üçün ümumi deyil, sadaladığımız səbəblərə görə fərqli isti su tarifləri tətbiq olunur. Ona görə bununla bağlı konkret bir rəqəm demək mümkün deyil”.(axar.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=193318

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031