Bahar Muradova: “Azərbaycanda küçə uşaqları çox azdır”

19.07.2023 - 12:01

“Küçə uşaqları çox azdır, valideyn diqqətindən yayınaraq küçələrdə qalan uşaqlar var. Bu çox ağrılı mövzudur”.

Cumhuriyyet.net xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurumun 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, Azərbaycanda 2022-ci ildə küçə uşağı kimi qeyd edilən uşaqların sayı cəmi üçdür:

“2021-ci ildə isə bu rəqəm 19 olub. Bu rəqəm belə bizi üzür. Amma dünya ölkələri ilə müqayisədə bizdə vəziyyət yaxşıdır. Küçələrdə olan uşaqlar müxtəlif kateqoriyalar üzrə o vəziyyətdədir. Düşünürəm ki, onlar üçün reabilitasiya proqramı hazırlanmalıdır. Burada ən qabaqcıl ölkələrin təcrübəsini tətbiq edirik. Dövlət olaraq həmin uşaqlara təhsil hüququ, sığınacağa yerləşdirilməsi təklif edilsə də, onlar bundan imtina edirlər. Biz onları məcbur edə bilmərik.
Sizə deyim ki, təkcə uşaqlar yox, ali təhsilli, bir çox dil bilən insanlar da küçə həyatını seçirlər. Bunun səbəbi bizə məlum deyil. Amma bu məqam yalnız bizdə deyil, başqa ölkələrdə də eynidir. Amma düşünürəm ki, bu və ya digər formada həmin uşaqların gələcəyini xilas etmək üçün görülən tədbirlər daha da artırılacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=193392

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728