Pensiyaçıları sevindirəcək xəbər: Yeni layihə… – Video

28.07.2023 - 12:30

Özəl pensiya fondlarının yaradılması məqsədilə normativ-hüquqi sənədlərin hazırlanması istiqamətində işlər görülür.

Cumhuriyyet.net Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Fondun 2023-cü ilin birinci yarısında gördüyü işlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, prosesin yekununda müvafiq layihələr baxılması üçün Milli Məclisə təqdim olunacaq.

Fondun sədri bu ilin əvvəlində həyata keçirilən 4-cü sosial islahat paketinə də diqqət çəkib.

Qeyd edib ki, 1,9 milyon nəfəri əhatə edən islahatın illik əlavə maliyyə tutumu 750 milyon manat olub. İslahat çərçivəsində minimum əmək haqqı 15 faiz artırılaraq 345 manata çatdırılıb. Bu il sosial ödənişlərdə artımlar ümumilikdə 810 min nəfərə şamil olunub.

Himalay Məmişov əlavə edib ki, bu ilin yanvar-iyun aylarında 1991-1997-ci illərdə hərbi xidmətlə bağlı xəsarət almış 17 min 234 şəxsə birdəfəlik ödəniş təyin edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=193794

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930