Baş nazirdən müavinət və təqaüdlərlə bağlı qərar

28.07.2023 - 13:41

Baş nazir Əli Əsədov “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Cumhuriyyet.net xəbər verir ki, qərara əsasən, müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı dəyişdirilib.

Qərarla çoxuşaqlı analara yaşa görə müavinətin təyin edilməsi üçün tələb olunan uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti sənədlərin siyahısından çıxarılıb.

Digər bir dəyişikliklə isə uşaqlarını təkbaşına böyüdən atalara yaşa görə müavinətin təyin edilməsi üçün tələb olunan uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti sənədlərin siyahısından çıxarılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=193811

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728