Bakı metrosuna 17 yeni eskalator gətirilir

28.07.2023 - 15:00

“Bakı Metropoliteni” QSC-nin nümayəndələri Bənövşəyi xəttin “B-04” stansiyası üçün sifariş edilən eskalatorların qəbul-sınaq prosesində iştirak ediblər.

Cumhuriyyet.net xəbər verir ki, Almaniyanın Hamburq şəhərinə ezam edilmiş nümayəndə heyəti istehsal olunmuş 17 eskalatoru qəbul etməzdən əvvəl 3 gün ərzində sınaq prosesində iştirak ediblər. Bir eskalatorda aparılmış sınaqlar əsasında eskalatorların qəbulu prosesi aktlaşdırılıb.

Qeyd edək ki, “B-04” stansiyasında dayaz özüllü stansiyalar üçün nəzərdə tutulmuş “Tugela FT-945” tipli 19 eskalator quraşdırılacaq. Onlardan ikisi əvvəlki sifariş dövründən Bakıya gətirilib. Bu eskalatorlar elektrik enerjisinin sərfiyyatına görə daha qənaətcil və səmərəli olmaqla, qulluğu daha asan, idarəetmə sistemləri də müasir texnologiyaların tələblərinə uyğundur. Onlar estetik görkəmi ilə də seçilir. Gətiriləcək eskalatorlarda texniki təchizat, o cümlədən idarəetməsi ilə bağlı bir sıra səmərələşdirici tətbiqlər və yeniliklər nəzərə alınıb.

Quraşdırma proseslərinin ardıcıllığına və tələblərinə uyğun olaraq, eskalatorlar Bakıya gətirilərək təyinatı üzrə quraşdırıldıqdan sonra yerində təkrar sınaqlar keçiriləcək. Bu zaman bütün əsas komponent və qovşaqlar – ferma, baş intiqal, baş val, dartı stansiyası, dartı zənciri və s. yenidən yoxlanacaq.

Eskalatorların yaxın aylarda Bakıya gətirilməsi və stansiyanın inşaat işlərinin ardıcıllığına uyğun quraşdırılmasına başlanılması nəzərdə tutulub.

Nümayəndə heyəti səfər çərçivəsində Bakı metropolitenində quraşdırılmış eskalatorlara qulluq, texniki xidmət, təmir və s. ətrafında müzakirələr apararaq qarşılıqlı təcrübə mübadiləsi və işbirliyini müzakirə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=193832

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930