İyulda günvurma ilə əlaqədar 45 müraciət qeydə alındı

08.08.2023 - 20:51

İyul ayı ərzində günvurma ilə bağlı olaraq, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdə, 45 nəfər müraciət edib. Onlardan 21-i qadın, 24-ü kişi, 38 nəfəri böyük, 7-si isə uşaq olub.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, müraciət edən böyüklərdən 9-u qadın, 7-si kişi olmaqla 16 nəfər, uşaqlardan isə 4-ü hospitalizasiya edilib.

Son 2 gün ərzində isə günvurma ilə bağlı 2 müraciət daxil olub. Onlardan biri qadın, digəri isə kişi olub. Qadın vətəndaşa yerində yardım göstərilib, kişi vətəndaş isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Leyla Paşayeva bildirib ki, günvurma günəş şüalarının bilavasitə təsiri nəticəsində, eləcə də rütubətin çox olduğu yerlərdə yaranır.

Onun sözlərinə görə, günvurma zamanı baş beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Bu zaman zərərçəkəndə zəiflik, ürəkbulanma, qusma, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, üşütmə və ya temperaturun yüksəlməsi kimi əlamətlər qeyd edilir. Hətta, günvurma beyin ödemi və komaya da gətirib çıxara bilər.

“Gün vurmanın ilkin əlamətləri qeyd edilən kimi zərərçəkəni sərin yerə aparmaq, soyuq su vermək, üzünü və sinəsini soyuq suda isladılmış dəsmal ilə silmək lazımdır. Zərərçəkənin baş-boyun nahiyyəsi soyuq tənzif və parça ilə bükülməlidir”, – deyə həkim qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=194356

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728