Məişət zorakılığı cinayətlərinin sayı açıqlanıb

14.08.2023 - 16:44

Cari ilin yanvar-iyun ayları ərzində qeydə alınmış cinayət hadisələrinin 754-ü və ya 3,9 faizi məişət zorakılığı ilə bağlı olub.

Bu barədə Cumhuriyyet.net-ə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 1,2 faiz çoxdur.

Məişət zorakılığı ilə bağlı cinayətlərin 95-i əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən, 24-ü isə sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 90,3 faizi qəsdən sağlamlığa az ağır və ya yüngül zərər vurma, 5,0 faizi qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 3,2 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 1,5 faizi isə digər cinayətlərə aiddir.

Short URL: http://www.cumhuriyyet.net/?p=194562

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728