Şuşa və Füzulidə müəllim olmaq istəyənlərin nəzərinə!

21.08.2023 - 12:09

Bu gündən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başlayıb.

Cumhuriyyet.net xəbər verir ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi 23 avqust saat 11:00-da başa çatacaq.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin bərpası nəticəsində Şuşa şəhər 1 nömrəli və Füzuli şəhər 1 nömrəli tam orta məktəblərdə mövcud olan vakant yerlər müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə təqdim edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=194771

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728