Afaq Bəşirqızı hiddətləndi, Eyvazova müraciət etdi

22.08.2023 - 17:04

Son vaxtlar korifey sənətkarlara qarşı belə münasibətin yaranmasına təəccüblənirəm. Bunu edən şəxsləri öz millətimin nümayəndələri kimi qələmə verə bilmərəm. Onlar azərbaycanlı deyillər, millət yetimləridirlər! Rasim Balayevə qarşı belə münasibət şərəfsizlikdir!

Cumhuriyyet.net xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında xalq artisti Afaq Bəşirqızı həmkarı R.Balayevi tənqid edənlərlə bağlı danışarkən deyib.

O, aidiyyəti orqanlara səslənib:

“Çox xahiş edirəm, sosial şəbəkələrdə ağızlarına gələni yazanlar barədə ölçü götürülsün. Bir-ikisi cəzalandırılsa, digərlərinə də dərs olacaq. Onsuz da qorxaq insanlardırlar. Çoxu qorxusundan heç öz adı ilə yazmır.

Rasim Balayevə qarşı kampaniya aparmaq, ağzına gələni yazmaq savadsızlığın əlamətidir. Evindən, rayonundan, şəhərindən qaçan insanlar necəsə internet üçün aylıq ödəniş etməyə, mobil telefona pul tapırlar, amma bir şey olmamış, deyirlər, “acıq”. Atılan addımların hamısı işsizlikdən, bekarçılıqdan irəli gəlir”.

Afaq Bəşirqızı deyib ki, Rasim Balayev cənab Prezidentin qəbuluna gedəndə protokola uyğun hərəkət edib:

“Özü bunu dəfələrlə müsahibələrində bildirib. Protokol pozula bilməz! Mən bir həmkar və vətəndaş olaraq Rasimi dəstəkləyirəm! Onun səhhətində problemlər var, amma ağzını açıb bir adamdan kömək istəməyib. Adamın abır-həyası olar! Onun sevincli günündə belə oyunlar çıxarmaq alçaqlıqdan başqa bir şey deyil. Amma yaxşı ki, Rasim belə şeylərə fikir vermir. Çünki o, heç bir yanlış iş görməyib!

Neçə vaxtdır Rasimi tənqid edənlər yazırdılar ki, Akif İslamzadə kimi sənətkar heç bir ad, orden almayıb. İndi A.İslamzadəyə Prezident “Şöhrət” ordeni verdi. Həmin insanlar Akifə yazırlar ki, guya sən heç bir ad almayacaqdın, sən də eynisən. Ona görə də deyirəm, sənətkarlarımızı bu mövzudan tənqid edənlər ad və soyadlarını hansısa yollarla dəyişmiş, lap dəyişməmiş erməni casuslarıdır! 44 günlük Vətən müharibəsi zamanı ermənilərə casusluq edənlər saxlanıldı. Bunlar da casusdurlar. Şəxsən öz adımdan daxili işlər nazirimiz cənab Vilayət Eyvazovdan xahiş edirəm ki, bu məsələ ilə məşğul olsunlar”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=194827

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031