FHN-dən rentgen müayinələri ilə bağlı əhaliyə müraciət

28.08.2023 - 16:20

Fövqəladə Hallar Nazirliyi (FHN) rentgen müayinələri ilə bağlı əhaliyə müraciət edib.

Cumhuriyyet.net müraciətin mətnini təqdim edir:

“Tibb müəssisələrində zəruri təhlükəsizlik tələbləri təmin edildikdən sonra verilən “xüsusi icazə” olmadan rentgen müayinələrinin həyata keçirilməsi ciddi qanun pozuntusu olmaqla yanaşı, insan həyatı və sağlamlığı üçün təhlükə mənbəyidir.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, həyat və sağlamlığa yaratdığı təhlükə nəzərə alınaraq rentgen müayinələri üçün yalnız “xüsusi icazə”si olan tibb müəssisələrinə müraciət edilməsini və “xüsusi icazə” olmadan fəaliyyət göstərən müəssisələr aşkar edildikdə Nazirliyin “112” qaynar telefon xəttinə məlumat verilməsini tövsiyə edir. Rentgen və kompüter-tomoqrafiya müayinələri ilə bağlı “xüsusi icazə”si olan müəssisələrin daim yenilənən siyahısı ilə Fövqəladə Hallar Nazirliyinin rəsmi internet portalında (https://www.fhn.gov.az/?aze/news/xronika/1/1/1/1000) tanış olmaq mümkündür.

Həmçinin, tibb müəssisələrinə əldə etdikləri “xüsusi icazə” sənədinin şüa diaqnostika şöbəsinin girişində asılması tövsiyə olunur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=195031

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031