Dövlət Xidməti nöqsanlar aşkarladı: Metrodan reaksiya

30.08.2023 - 17:07

Bakı Metropliteni QSC İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin onun ölçmə vasitələrində nöqsanlar aşkar etməsinə münasibət bildirib.

Cumhuriyyet.net xəbər verir ki, QSC-dən Report-a verilən açıqlamada Dövlət Xidmətinin bu ilin fevral ayında metroda istismar olunan ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqlər keçirdiyini bildirilib.

Monitorinqlər zamanı 6 713 müxtəlif təyinatlı cihaz və avadanlığın müəyyən edilmiş müddətdə yoxlamadan keçirilməməsi, 119 adda tipi təsdiq edilməmiş və 151 adda ölçmə vasitələrinin təsdiqi barədə məlumatın dəqiqləşdirilməsinin mümkün olmaması kimi nöqsanlar vurğulanıb.

2022-ci ildə “Bakı Metropoliteni”nin ölçmə cihazlarının yoxlamadan keçirilməsi üçün elan etdiyi tenderdə qalib gəlmiş Maybo MMC ölçmə cihazlarının yoxlamadan keçirilməsinə dair Dövlət Xidmətinə müraciət ünvanlayıb və adıçəkilən cəmiyyətdə çatışmazlıqlar səbəbindən müsbət cavab verilməyib. Nəticədə, Bakı metrosunun ölçmə vasitələri ötən il yoxlamadan keçirilməyib.

Dövlət Xidmətinin aşkarladığı nöqsanların aradan qaldırılması, ölçmə vasitələrinin yoxlamadan keçirilməsi, tipi təsdiq edilməyən ölçmə cihazlarının dövlət reyestrinə salınması məqsədilə ötən ay “Azərbaycan Metrologiya İnstitutu” ilə müqavilə imzalanıb, hazırda ölçmə vasitələri yoxlamadan keçirilir. Bununla belə, metropolitenin müvafiq laboratoriyasının akkreditasiyadan keçirilməsi üçün Azərbaycan Akkreditasiya Mərkəzinə müraciət olunaraq tələb olunan müvafiq sənədlər hazırlanıb. Laboratoriyada istifadə olunan ölçmə cihazlarının “Azərbaycan Metrologiya İnstitutu”nda yoxlamadan keçirilməsi haqqında sənədlər təqdim edildikdən sonra müvafiq sənədlərlə birlikdə Azərbaycan Akkreditasiya Mərkəzinə müraciət ediləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=195147

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930