Məktəbli formaları ilə bağlı xəbərdarlıq

30.08.2023 - 17:30

Nazirlər Kabinetinin qərarına əsasən, 2023-24-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələri üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.

Cumhuriyyet.ne-in “Qafqazinfo”-ya istinadən məlumatına görə, yeni tədris ilinin başlanmasına sayılı günlər qalarkən Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən vahid formalarla bağlı xəbərdarlıq edilib.

Sözügedən xəbərdarlıq məktəb direktorlarına ünvanlanıb, müvafiq olaraq sinif rəhbərlərinə yönləndirilib, eyni zamanda, məktəblərin sosial şəbəkə hesablarında paylaşılıb.

Vahid məktəbli geyimi ilə bağlı xəbərdarlıqda aşağıdakı nüanslar əksini tapıb:

– Nazirlər Kabinetinin 17.03.2022-ci il tarixli 96 nömrəli qərarına əsasən, ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilir.

– Nazirlər Kabinetinin müvafiq qərarında göstərilən dörd nümunə geyim forması tekstil şirkətləri tərəfindən hazırlanır və satışı onlar tərəfindən təmin edilir.

– Ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası valideynlərin də rəyini nəzərə alaraq dörd nümunədə geyim formasından birini seçib və bununla bağlı müvafiq qərar qəbul edib.

– Valideynlər övladlarının təhsil aldığı məktəb vasitəsilə məktəbli geyimi barədə ətraflı məlumatlandırılıblar.
– Məktəbli formalarını əldə etmək üçün müəyyən olunmuş məntəqələr barədə ictimaiyyətə geniş informasiya verilib, satış məntəqələrinin ünvanları qeyd edilib.

– Paytaxt ərazisində məktəbli formalarını əldə etmək üçün 34 məntəqə mövcuddur.

– Valideynlər özlərinə yaxın olan və ya özlərinin məsləhət bildikləri məntəqədən övladları üçün müvafiq geyimi əldə edə bilərlər.

– Valideynlər öz istəklərinə uyğun olaraq məktəbli geyimini sifarişlə tikdirə də bilərlər.

– Hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası tərəfindən seçilən müvafiq geyim forması ən azı üç tədris ili dəyişilməz qalacaq.

– Eyni görünüşə malik məktəbli forması şagirdlər arasında bərabərliyi təşviq edir.

– Vahid geyim forması şagirdlərə məsuliyyət hissi aşılayır və məktəbin özünəməxsus təhsil mühitinin formalaşmasında mühüm amillərdəndir.

Short URL: http://www.cumhuriyyet.net/?p=195155

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728