Naxçıvanda tramvay nəqliyyatı təşkil ediləcək

20.09.2023 - 14:47

Gələn il Naxçıvan şəhərində tramvay xəttinin layihələndirilməsi nəzərdə tutulur.

Cumhuriyyet.net xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, bu məsələ ilə bağlı icraçı qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.
Bundan başqa, muxtar respublikada elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə vergi-gömrük güzəştlərinin tətbiqi, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrindən (minik avtomobilləri, avtobuslar və s.) istifadənin artırılması, elektriklə işləyən nəqliyyat vasitələri üçün doldurma məntəqələrinin qurulması planlaşdırılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=195909

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031