Əsgər anaları İrəvanda etiraza qalxdı

26.03.2015 - 22:28

rrBu gün orduda ölmüş hərbi qulluqçularının valideynləri Ermənistan Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər. Etirazçılar Ermənistanın müdafiə naziri Seyran Ohanyanın əleyhinə şüarlar bə bəyanatlar səsləndirib, övladlarının ölüm səbəbini onlara açıqlanmasını tələb ediblər.

Əsgər valideynləri Seyran Ohanyanın könüllü olaraq Azərbaycan tərəfə keçmiş erməni hərbçi Andranik Qriqoryanın ailəsini və valideynlərini ittiham etməsinə qəzəblərini ifadə ediblər. Onlar Ohanyanı orduda nizam-intizam yaratmağa, hərc-mərcliyi aradan qaldırmağa, əsgərləri yeməklə və geyimlə təmin etməyə çağırıblar.

Övladını qeyri-döyüş şəraitində itirmiş İrina Qazaryan deyib ki, ordudakı qətllərə, intiharlara, zorlamalara görə əsgərin ailəsini ittiham etmək Ermənistan Müdafiə Nazirliyinin məşhur üsuludur: “Öldürürlər-ailə günahkar olur, zorlayırlar- yenə ailə günahkardır. Qriqoryan niyə orduda xidmətə qədər Azərbaycan tərəfə keçmədi? Niyə məhz orduda xidmət edəndə belə addım atdı? Əgər Müdafiə Nazirliyi, həqiqətən, belə düşünürsə, niyə onlar qabaqcadan çağırışçının ailə vəziyyətini yoxlamırlar?” İrina Qazaryan deyib ki, indi onsuz da Qriqoryanın ailəsi çətin vəziyyətdədir, Ohanyan bu bəyanatı ilə onların vəziyyətini daha da çətinləşdirir.

Nana Muradyan isə leytenant Artak Nazaryanın qətlindən danışıb: “Biz o hadisəni unutmadıq. O leytenant idi, amma bu, onu qorumadı. İşi ədalətli aparmadılar və onun ölüm səbəbini hələ də bilmirik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=19670

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728