“iTicket Production” şirkətindən təqdirəlayiq addım
“Dünyanın ən qlobal və aktual mövzusu hər dövrdə əqli məhsulun müəllifinin müəyyənləşdirilməsi və onun dəyərləndirilməsi olmuşdur. Tarixin və bir çox mübahisəli məsələlərin dəqiqləşdirilməsində böyük rol oynayan məhz hər bir icadın tarixi və məkanının təsdiqidir. Müəllif hüquqları termini də elə buradan meydana gəlmiş və dünyadakı bütün maddi layihələrin bünövrəsini təşkil edir”.
Bunu İnterval.Az-a açıqlamasında “Müəllif Hüquqları Uğrunda İctimai Birliyi”nin idarə heyətinin sədr müavini Zamiq Yunisov bildirib
“27 Dekabr 2021-ci ildən fəaliyyət göstərən “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi Azərbaycanın dünyadakı imicini qaldırmaq və sağlam müəllif yaradıcılığı mübadiləsi aparmağa qulluq edir. Əlbəttə, bu mövzuda maarifləndirici işlərə böyük ehtiyac var və biz bu məsələni özümüzə prioritet seçmişik. Son zamanlarda bu sahədə aktivlik müşahidə olunur. Və çox sevindirici bir haldır ki, vətənə qulluq etmək əqidəsində olan iş adamlarımız da az deyil. Bizi atdığı addımla heyrətləndirən və ruh yüksəkliyi verən “iTicket Production” şirkəti məhz bu təşkilatlardan biridir. Müraciətlərimizin əksəriyyətini cavabsız qoyan konsert və tədbir təşkilatşılarından fərqli olaraq “iTicket Production” könüllü olaraq 2 Sentyabr 2023-cü il tarixdə bizə işbirliyi təklifi ilə müraciət edərək müqavilə bağlamış, eləcə də İmagine Dragons -un keçirdiyi izdihamlı konsert proqramının bilet satışından əldə olunan vəsaitin qonorar ödənişini hesabımıza köçürmüşdür. Azərbaycanda fəaliyyət göstərərək kommersiya layihələri həyata keçirən bütün təşkilat və şirkətlərə nümunə olan bu təqdirəlayiq addımı vətəni sevmək və ona qulluq etmək kimi dəyərləndiririk”,- Zamiq Yunisov qeyd edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=197101