2024-də Azərbaycanda yenə sərt karantin rejimi olacaq? – İnfeksionist açıqladı

13.01.2024 - 15:45

Yeni pandemiya dalğasının başlanması ehtimalına dair xəbərlər dolaşır. Xüsusilə, RSV (Respiratuar Sinstyal Virus) virusunun bəzi növlərində mutasiyaların olması ilə bağlı informasiyalar insanlar arasında təşvişlə qarşılanır. Mövzu ilə bağlı Yenisabah.az-a danışan həkim-infeksionist Vasif Əliyev hazırda ölkəmizdə sıx rast gəlinən yoluxmaların sadəcə mövsümlə əlaqədar olduğunu qeyd edib.

“Ümumiyyətlə, qış mövsümü olduğu üçün, bu dövrlərdə qrip, koronavirus infeksiyası eyni zamanda RSV (Respiratuar Sinstyal Virus) kimi viruslar artım göstərir. Əslində, bu tip viruslara ilin hər dövründə rast gəlinir, amma soyuq qış aylarında yoluxmalara daha sıx təsadüf edilir. Səbəb havanın soyuması ilə bağlı insanların daha çox qapalı yerlərdə vaxt keçirməsidir. Bu mühitə xəstəliklərin ötürülməsinin daha sürətlə baş verməsidir.

Digər tərəfdən, mövsümə uyğun geyimlərdən istifadə etməmək və düzgün qidalanmama da xəstəliyin yayılmasına təsir göstərir. Bu tip viruslardan qorunma yolları gigiyena qaydalarına əməl olunması, məsafənin gözlənməsi və xəstə insanın təcrid şəklində evdə qalmasıdır.

Əlavə olaraq xəstə insanlar başqalarına yoluxmaması üçün mütəmadi maskadan istifadə etməlidir.

Vasif Əliyev ölkədə sadəcə qızılca virusu ilə bağlı vəziyyətin nisbətən kritik olduğunu bildirib.

“Azərbaycanda vəziyyət hələki stabildir. Hazırda ölkədə vəziyyət qızılcanın yayılması istiqamətində daha kritikdir. Qızılca da hava-damcı yolu ilə yoluxur və yüksək hərarət, səpkilər və halsızlıqla özünü göstərir.

Bütün virusların hər birini simptomatik yolla sağaltmaq mümkündür. Sadəcə dəstək müalicəsi, bol maye istifadəsi və eyni zamanda evdə istirahət kifayətdir. Əslində, bu virusların heç birində ilk vaxtlar antibiotik istifadə olunmamalıdır. Çünki antibiotikin viruslara hansısa bir təsiri yoxdur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=197560

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829