Rusiya “sülhməramlı”larının xəbər bülleteni 4 gündür “donub”…-Amma Laçın yenə…-XƏRİTƏ

13.01.2024 - 15:53
“Əslində onların Azərbaycan ərazisindəki “sülhməramlı” kimi fəaliyyəti 4 aya yaxındır ki, donub…”
“Bu, demək olar ki, 2020-ci ilin noyabrından bəri “sülhməramlı”lara aid informasiyalarla bağlı ilk belə uzun fasilədir…”
Məlum olduğu kimi, 3 il iki aydan çoxdur ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat əsasında Azərbaycanın suveren(!) ərazisinə – Şərqi Zəngəzur- “Laçın dəhlizi” deyilən məkan və Qarabağ iqtisadi rayonunun, Yuxarı Qarabağın bir hissəsinə soxulan və bu gün də Azərbaycanın artıq Xocalı və Xankəndi də daxil olmaqla bütün keçmiş Dağlıq Qarabağ ərazisini hərbi nəzarətə götürməsindən sonra da faktiki heç bir funksiya yerinə yetirmədən həmin ərazilərdə qalan Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinə aid gündəlik xəbərlər və dislokasiya xəritələri Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı bölmədə əks olunur.
Moderator.az-ın son araşdırmasından bəlli olub ki, artıq 4-cü gündür ki, Rusiya MN saytının “sülhməramlı” bölməsi donub.
Aydın olur ki, sonuncu dəfə Rusiyanın Azərbaycan ərazisindəki hərbi kontingentinə aid gündəlik xəbər və dislokasiya xəritəsi 9 yanvar 2024-cü il Bakı vaxtı ilə axşam saat 20:00-da təqdim olunub. Bu, demək olar ki, 2020-ci ilin noyabrından bəri “sülhməramlı”lara aid informasiyalarla bağlı ilk belə uzun fasilədir. Bu müddətdə yalnız ildə maksimum 5-6 dəfə cəmi bir gün müddətinə fasilə verilib. Lakin əslində Rusiya hərbçilərinin Qarabağdakı “sülhməramlı” kimi fəaliyyəti 4 aya yaxındır ki, donub…”
Yeri gəlmişkən, onu da xatırladaq ki, Rusiya müdafiə naziri Sergey Şoyqu 2023-cü il dekabrın 19-dakı çıxışında Azərbaycan ərazisindəki Rusiya hərbi birləşmələrini artıq “sülhməramlı” yox, məhz “hərbi kontingent” adlandırıb. Və o da maraqlı və diqqətəlayiqdir ki, həmin hərbi kontingent öncəki yazılarımızda da qeyd etdiyimiz kimi(bax:burada:  ), nədənsə 26 avqust 2022-ci il tarixdən Azərbaycan dövlətinin nəzarətinə keçmiş və hazırda da böyükü quruculuq və abadlıq işləri və məskunlaşma aparılan Laçın şəhərini Azərbaycan ordusunun 19-20 sentyabr əməliyyatından sonrakı  4 aya yaxın müddətdə virtual olaraq öz “məsuliyyət” zonasında saxlayır. Və 9 yanvar 2024-cü ilə aid xəritədən də göründüyü kimi bu “işğal” davam edir. Ancaq dediyimiz kimi, “sülhməramlı”ların xəbər bülletenləri hələki donub. İndi, görək həmin “don” açılandan sonra da Laçın şəhəri “işğal altında” qalacaq, yoxsa yox…

Short URL: http://www.cumhuriyyet.net/?p=197562

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031