Bakı qardan necə çıxdı? – Ekspert
Yenə də üzü ağ çıxa bilmədik ildə bir səfə yağan qardan, yenə biabır olduq, yenə də lazımsız cümlələr quruldu, Baının heç nəyyə hazır olmadığı məlum oldu. Aidiyyəti qurumlar təcrübəsiz davranış nümayiş etdirdi yenə. Sanki heç vaxt qar görməyiblər, sanki qar yağanda özlərini itirirlər. Bakıda dünən belə bir mənzərənin şahidi olduq.
Bu sözləri Tribunainfo.az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib. O qeyd edib ki, ildə bir dəfə yağan qardan üzüağ çıxa bilmədik: “Ümumən aidiyyatı qurumlar özləri də yaxşı bilirlər ki, konfliktli nöqtələr haradır, harada daha çox risk var, təhlükə var. Hara azca qar düşəndə sürüşmə, donma baş verir, yollar buz bağlayır. Həmin əraziləri onlar olmazmı ki, əvvəldən nəzarətə götürsünlər, yaxınlıqda texnika saxlasınlar ki, buzlaşma baş verən kimi dərhal texnikalar hərəkətə keçsin, qum, duz səpsinlər. Beləkiklə də təhlükə aradan qalxmış olsun. Ancaq gözləyirlər ki, aləm dəysin bir- birinə. Biləcəridə, Yeni Yasamalda, Günəşlidə, Zığda, Aeroport yolunda maşınlar bir-birinə dəyir, qəzalar baş verir, təhlükə yaranır. Ondan sonra baxırsız ki, əraziyə texnika gəlib, yola duz, qum səpirlər. Və yaxud da baxırsız ki, eyni ərazidə bir neçə texnika işləyir, lakin heç bir yol təmizlənmir, yalandan görüntü kimi o tərəf bu tərəfə gedirlər”.
E.Muradlı bildirib ki, qışa hazırlıq məqsədilə duz və quma milyonlarla vəsait ayrılır, lakin texnikaları yalandan çıxarıb nümayiş etdirirlər ki, guya qışa hazırıq:
“Bakıya 20 sm-lik qar yağıb, baş edə bilmirlər bu qarla. Hər yolda ən azından 1,2 texnika işləməlidir. Aidiyyəti qurumlar ancaq əsas yolları təmizləyir, hansı tollardan rəhbər şəxslər keçirsə oraları təmizləyirlər. Digər yollar, ara küçələr, bölgələrə gedən yollar bərbad gündədir.
Ağsu aşırımı, İsmayıllı, Şamaxı yolu, Şəki istiqamətində, Cənub istiqamətində nə qədər maşın yolda qaldı, sürüşmə nəticəsində qəzaya uğrayanlar oldu. Amma olmamalı idi. Bir gün yağan qarın bu qədər fəsadı olmamalı idi. Biz hələ ki, yolda təmizləyən texnika görməmişik. Yenə də yolları qardan lapatkalı qoca kişilər, yaşlı qadınlar təmizləyir, təəssüf”.
Şükür olsun ki ölümlə nəticələnən hadisə baş verməyib, yol polusi belə bir açıqlama verdi. Amma nə qədər maddi zərər görənlər oldu. Çünki səhlənkarlıq edən qurumlar var. Bu illərdir baş verir, illərdir belə olur, qar yağır, yollar buz bağlayır, insanlar yolda qalır. Sonradan texnikalar hərəkətə başlayır. Şəxsən mən bunun şahidi olmuşam. 6 saat qar yaöıb və müraciət olunub ki texnika gəlsin yolları təmizləsin, səhərə yaxın əlində lapatka 3-4 nəfər göndəribkər ki gedin yolu açın. Hər dəfə texnika nümayiş edilir amma yenə əli lapatkalı kişilər, qadınlar küçələri təmizləyirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=197652