Azərbaycan Ordusunda kadr islahatlarının DAVAMI

16.01.2024 - 11:07

“Onun yeni vəzifədə əsas işlərindən biri kadrların yetişdirilməsi və döyüş qabiliyyətinin artırılması olacaq”. Bu fikirləri Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən son kadr dəyişikliklərini dəyərləndirən ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, orduda başlayan kadr islahatlarının növbədənkənar prezident seçkilərindən sonra da davam etdiriləcəyi gözlənilir:

“Başqa qurumlarda olduğu kimi, Müdafiə Nazirliyində də kadr islahatları aparılır. Bildiyiniz kimi, müdafiə sənayesi nazirinin müavini də vəzifədən azad olunub və onun yerinə hələ ki təyinat yoxdur.

Son dəyişikliyə gəldikdə isə, Quru Qoşunlarının komandanı Ənvər Əfəndiyevin yaş həddi çatdığı üçün təqaüdə çıxmaqla bağlı etdiyi müraciət dövlət başçısı tərəfindən qəbul olunub. Onun yerinə Vətən Müharibəsi qəhrəmanı, general-leytenant Hikmət Mirzəyev təyin olundu.

Quru Qoşunlarının komandanlığı çox mühüm vəzifədir. Xüsusi təyinatlıların Quru Qoşunlarından əsas fərqi budur ki, birincinin komplektləşdirilməsi seçim əsasında baş verir. Quru Qoşunlarında isə belə bir seçim yoxdur. Ona görə də Quru Qoşunlarında kadr islahatı daha vacib rol oynayır.

Hikmət Mirzəyevin bu istiqmətdə təcrübəsi var. O, xüsusi təyinatlılardan əvvəl Tərtər istiqamətində briqada komandiri vəzifəsində çalışıb. Onun yeni vəzifədə əsas işlərindən biri kadrların yetişdirilməsi, döyüş qabiliyyətinin artırılması və yeni texnikaların düzgün mənimsədilməsi olacaq. Bu qabiliyyət Hikmət Mirzəyevdə var.

Akademiyanın rəisi Heydər Piriyev də yaş həddinə görə xidmətini başa vurdu. Onu nisbətən gənc mütəxəssis əvəzlədi. Həmin şəxsin bioqrafiyasına baxanda görürük ki, çox ciddi hazırlıqlı şəxsdir. Güman edirəm ki, o da öz işinin öhdəsindən layiqincə gələ biləcək.

Digər tərəfdən, orduda kadr dəyişiklikləri ondan xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrin inkişafına çox ciddi diqqət yetirilir. Hesab edirəm ki, kadr dəyişiklikləri davamlı olacaq. Fikrimcə, prezident seçkilərindən sonra uzun müddət öz postunda qalmış kadrlar da yeniləri ilə əvəz olunacaq.

Ancaq bəzi platformalarda Ənvər Əfəndiyevlə bağlı karikaturlar yayırlar. Bunu alqışlamıram. O Azərbaycan generalıdır. Uzun illər səngərlərdə döyüşərək formalaşan generaldır. Əfəndiyev iddia edildiyi kimi, ordudan qovulmayıb, öz istəyi ilə təxris olunub.

Ola bilər, fəaliyyətində hansısa çatışmazlıqlar olsun, lakin vəzifədən gedənlərin arxasınca danışmamağı, onlara çamur atmamağı öyrənməliyik. Güman edirəm ki, bu mədəniyyət Azərbaycana gələcək və ordudan ehtiyata buraxılanlara normal münasibət bəslənəcək”.

Səxavət Məmməd

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=197700

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031