BDU-nun mühafizəsinə 67 nəfər cəlb olundu – 717 min manat ayrıldı

17.01.2024 - 10:50

Bakı Dövlət Universitetinin (BDU) keçirdiyi tender müsabiqəsinin qalibi “Gesco” Açıq Səhmdar Cəmiyyəti olub.

Yeniavaz.com xəbər verir ki, BDU 2024-cü il üçün tədris və inzibati binaların, eləcə də ərazilərin mühafizəsi üzrə xidmətlərin satın alınmasına görə “Gesco” ASC-yə 717 min 274 manat 80 qəpik ödəyəcək.

Qeyd edək ki, BDU-nun mühafizəsinə ümumilkidə 67 nəfər cəlb olunub. Onlardan 54-ü mühafizəçi olacaq. Onu da bildirək ki, ötən il də BDU-nun keçirdiyi analoji tenderdə “Gesco” ASC qalib olub və 2023-cü ilin mühafizə xərcləri 554 min 600 manat olub.

Məlumat üçün bildirək ki, 4 min manat nizamnamə kapitalı olan “Gesco” ASC-nin qanuni təmsilçisi Camalzadə Murad Fərrux oğludur. Şirkət 2005-ci ildə dövlət qeydiyyatına alınıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=197740

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031