“Ege Hospital” cərimələndi
“Ege Hospital” sertifikasiyadan keçməyən tibb işçilərini işə götürdüyü üçün cərimələnib.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, “Ege Hospital” barəsində inzibati xəta haqqında icraat başladılıb. Hospital İnzibati Xətalar Məcəlləsinin əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji sağlamlığı qaydaları əleyhinə olan 215.4-cü maddənin tələblərini pozub.
215.4-cü maddəhyə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
“Ege Hospital”ın işinə 26 yanvar tarixində Nərimanov Rayon Məhkəməsidnə hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=197801