“Sipark İnşaat”ı 35 min manat cərimə gözləyir

18.01.2024 - 11:07

“Sipark İnşaat” məhkəməlik olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tikinti şirkəti yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyi pozmaqda ittiham edilir və barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə protokol tərtib edilib.

“Sipark İnşaat” şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən lazımi icazə olmadan ağacların və ya kol əkililərinin zədələnməsində, məhv edilməsində, habelə qanunsuz kəsilməsində ittiham olunur. Şirkətin təqsiri sübuta yetirilərsə, “Sipark İnşaat” rəhbərliyi 35 min manat cərimə olunacaq.

Qeyd edək ki, işə Nərimanov rayon məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=197825

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930